image-n1karobka_ads
image-123
image-photo_309561backend

Mətbuat Şurasında Dil Komissiyasının genişləndirilmiş iclası keçiriləcək

image-ad_qayo_720x110px

Yanvarın 9-da saat 15:00-da Azərbaycan Mətbuat Şurasında Şuranın Dil Komissiyasının genişləndirilmiş iclası baş tutacaq.

Doğru.az xəbər verir ki, iclasda Mətbuat Şurasının İdarə Heyətinin üzvləri və dilçi alimlər iştirak edəcək. Komissiyanın məqsədi ana dilimizin qorunması ilə bağlı mediada fəaliyyət planının hazırlanmasıdır.

Qeyd olunur ki, Prezident İlham Əliyev ötən il noyabrın 3-də AMEA-nın 80 illiyinə həsr olunmuş yığıncaqda, həmçinin bu il yanvarın 5-də televiziya müsahibəsində ana dilimizin dövlətçilik atributu olduğunu vurğulayıb və onun qorunmasının əhəmiyyətini önə çəkib. İclasda Prezidentin bu mövqeyi də müzakirə olunacaq.

DOĞRU.AZ 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki