“Ağdam Sənaye Parkı rezident sayına görə ölkədə Sumqayıt Kimya Sənaye Parkından sonra ikincidir”.
“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Şuşada keçirilən “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” adlı tədbirdə deyib.
Onun sözlərinə görə, əsas məqsəd işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasıdır:
“Azad edilmiş ərazilərdə minlərlə iş yeri yaradılıb və bunun çox hissəsi özəl sektorun payına düşür”.
Onun sözlərinə görə, azad edilmiş ərazilərdə sahibkarlar üçün güzəştlər tətbiq edilir.
DOĞRU.AZ