image-2000x150px
image-123
image-ads_atlas
image-16117582454685043797_1000x669backend

Mikayıl Cabbarov imzalanmış memorandumun əhəmiyyətindən yazdı – FOTO

image-728x90px

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan İnvestisiya Holdinqi ilə “Dubai Logistics World” şirkəti arasında imzalanan memorandumun əhəmiyyətindən yazıb. 

Doğru.az xəbər verir ki, bu barədə nazir özünün sosial şəbəkə hesabında məlumat verib.

“Azərbaycan İnvestisiya Holdinqi və “Dubai Logistics World” şirkəti arasında imzalanan Anlaşma Memorandumu ölkəmizin “Dünya Logistika Pasportu” (WLP) təşəbbüsünə qoşulması, Azərbaycanın beynəlxalq ticarətlə məşğul olan şirkətlərinin regional WLP mərkəzlərin təqdim etdiyi üstünlüklərə birbaşa çıxışının əldə olunması sahəsində əməkdaşlığı nəzərdə tutur”, – deyə o bildirib.

Mikayıl Cabbarov həmçinin “DP World” şirkətinin sədri və baş icraçı direktoru Sultan Ahmed Bin Sulayemlə baş tutan görüşdən də yazıb. Görüşdə sənaye zonaları və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə əməkdaşlığın genişləndirilməsi və əlaqələrimizin inkişafı üçün potensial sahələri nəzərdən keçirilib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki