image-2000x150px
image-123
image-ads_atlas
image-6fmgzf0zomh1gkflxa8ztxg478v72ka0bh0cl1sl_640backend

Mikayıl Cabbarov “Saipem” şirkətinin icraçı direktoru ilə görüşüb – FOTO

image-728x90px

İqtisadiyyat naziri Mikayıl Cabbarov “Saipem” şirkətinin icraçı direktoru və baş meneceri Alessandro Puliti ilə görüşüb.

Görüşdə ölkəmizin təşəbbüsü və fəal iştirakı ilə reallaşan energetika layihələrinin önəmi qeyd edilib, “yaşıl” enerji və dekarbonizasiya sahələrində ölkəmizdə həyata keçirilən tədbirlər, SOCAR-la beynəlxalq tərəfdaşlar arasında reallaşdırılan layihələr barədə məlumat verilib. Vurğulanıb ki, Azərbaycanın biznes və investisiya mühitinin əlverişliliyi, xarici şirkətlərin bu baxımdan ölkəmizə olan yüksək marağı regional və qlobal miqyasda mühüm layihələri reallaşdırmağa imkan verir.

Tərəflər enerji tərəfdaşlığının mövcud vəziyyəti və birgə əməkdaşlıq imkanlarını müzakirə ediblər.

“Saipem” şirkətinin baş icraçı direktoru və baş meneceri Alessandro Puliti ilə şirkətlə əməkdaşlıq istiqamətlərini və prioritetləri müzakirə etdik”.

Doğru.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “X” hesabında yazıb:

“Müzakirə əsnasında tərəfdaşlığın mövcud vəziyyəti, birgə əməkdaşlıq imkanları, yaşıl enerji və dekarbonizasiya sahələrində ölkəmizdə həyata keçirilən tədbirlər barədə danışdıq”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki