image-2000x150px
image-123
image-ads_atlas
image-img_20210405_190935_351backend

Millimizin iki oyunçusu zədələndi

image-728x90px

Doğru.az xəbər verir ki, Azərbaycan millisinin futzalçıları Bolinya və Eduardo Borges zədələrini bərpa edərək, komanda ilə məşqlərə başlayıblar.

 

Bu barədə Eduardo federasiyanın mətbuat xidmətinə açıqlamasında bildirib.

 

“İki oyunçumuz zədələndi. Bu da oyunçuların istəkli, özlərini baş məşqçiyə yaxşı tərəfdən göstərmək istəyindən irəli gəlirdi. Onların bizə kömək edib-etməyəcəyi sabah məlum olacaq. Ümidvaram ki, hər şey yaxşı olacaq və hər iki futzalçı bizimlə birgə səfərə yollanacaq”.

 

Futzalçı Qalonun komandaya qoşulmasından sonra daha da güclənəcəklərini, itkilərin isə komandaya çətinlik yaradacağını qeyd edib. Müdafiəçi Slovakiya ilə qarşılaşmada şansların bərabər olduğunu da vurğulayıb: “Şanslar 50-nin 50-yədir. Biz qələbə qazansaq, liderliyimizi təmin edəcəyik. Elə səfərə də bu məqsədlə yollanacağıq. İstəyimizi reallaşdıracağımıza inanırıq”.

 

Eduardo birinci pilləni təmin etmək üçün Slovakiya ilə görüşdə 1 xalın kifayət edəcəyini, amma meydana sırf heç-heçə üçün çıxmayacaqlarını deyib: “Bilirik ki, Slovakiya ilə görüşdə heç-heçə də bizə məqsədimizi reallaşdırmağa yetir. Ancaq meydana heç vaxt 1 xal üçün çıxmamışıq. Bizə iki oyundan 6 xal lazımdır. Onda həm də əhval-ruhiyyəmiz yüksək olacaq. Eyni zamanda, indi UEFA-nın tərtib etdiyi reytinq cədvəlində 5-ci pillədə qərarlaşmışıq. Qələbələr qazanmalıyıq ki, xal ehtiyatımızı artıraq. Əks təqdirdə, hamımız əsəbi, gərgin olacağıq”.

 

Qeyd edək ki, Azərbaycan millisi Slovakiya ilə aprelin 8-də səfərdə qarşılaşacaq.

DOĞRU.AZ 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki