Rusiyanın baş naziri Mixail Mişustin bildirib ki, Rusiyaya qarşı tətbiq edilən məhdudiyyətlər öz məqsədinə çatmayacaq.
Mişustin ŞƏT ölkələrinin Hökumət Başçıları Şurasının iclasında çıxış edib.
Rusiya artan təzyiq altındadır, lakin sanksiyaların müəllifləri öz məqsədlərinə çatmayacaqlar.
Baş nazirin sözlərinə görə, Rusiya öz daxili potensialını üzə çıxarmağa və iqtisadiyyatın əsas sektorlarına dəstək verməyə yönəlib.
Mişustin daha əvvəl bildirib ki, Rusiya və Çin görünməmiş xarici təzyiqlərə baxmayaraq, iqtisadi əməkdaşlığı gücləndirirlər.
Mənbə TASS