image-ads_n1karobka_mobile
image-68ec91d402e8bd634e07199ebackend

Moskvada ilk qar yağıb

Rusiyanın paytaxtında bu mövsümün ilk qarı yağıb.

Doğru.az xəbər verir ki, RİA Novosti-nin məlumatına görə, yağıntı Moskvanın cənub-şərq hissəsində qeydə alınıb. Hazırda şəhərdə havanın temperaturu +4°C civarındadır.

Qeyd edək ki, Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand daha əvvəl bildirmişdi ki, qar artıq demək olar, bütün Uzaq Şərq Federal Dairəsi və Sibir ərazisini əhatə edib.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki