Müğənni Nadir Qafarzadənin qayınanası Südabə xanım 81 yaşında vəfat edib. Qafarzadə mərhumun vəsiyyətini yerinə yetirərək, yas mərasimi keçirmək əvəzinə ehsanı ehtiyacı olanlara paylayıb.
Doğru.az bildirir ki, Axşam.az-a danışan sənətçi bu barədə belə deyib:
“Qayınanam bir neçə gün əvvəl rəhmətə gedib. Onun vəsiyyəti idi ki, mənə yas etməyin, gedin ehsanı ehtiyacı olanlara paylayın. Xanımım Sevinc də anasının vəsiyyətini düzgün yerinə yetirsin. Biz də gətirdik uşaq evinə verdik. Kim nə edirsə köməyi olsun. Ümid edirik ki, bu ət bir müddət köməkləri olar.”
Sənətçinin bu addımı sosial şəbəkələrdə rəğbətlə qarşılanıb.
DOĞRU.AZ