İtaliyanın “Napoli” klubunun sabiq futbolçusu Roberto Qoretti gürcü futbolçu Xviçi Kvaratsxeliya üçün “Qızıl top”un sahibi olmağın çətin olacağını deyib.
“Bu, çox çətin bir iş olacaq. Ancaq hər şey yalnız ondan asılıdır. Düşünmürəm ki, çoxları Modriçin nə vaxtsa “Qızıl top”u qazanacağına inanmaz”, – Qoretti deyib.
Keçmiş “Rubin” futbolçusu Xviça Kvaratsxeliya 2022-ci ilin iyulunda “Dinamo”dan (Batumi) “Napoli”yə keçib. Futbolçu mart ayında Kazan komandasından təlim-məşq toplanışı üçün Gürcüstan millisinə yollanıb və geri qayıtmayıb. Daha sonra “Rubin” futbolçu ilə müqavilənin dayandırıldığını açıqlayıb.
Mənbə: Sports.ru