image-2000x150px
image-123
image-ads_atlas
image-414944316_290764323580701_1874503801126130343_nbackend

NASA səsdən sürətli yeni təyyarə təqdim etdi

image-728x90px

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) və “Lockheed Martin” hərbi-sənaye korporasiyası eksperimental səsdən sürətli X-59 təyyarəsini təqdim ediblər.

Kaliforniya ştatının Palmdeyle şəhərindəki “Lockheed Martin” zavodunda baş tutan təqdimat NASA-nın saytında yayımlanıb.

“Questst” proqramı çərçivəsində hazırlanan təyyarənin əsas fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, səs sürətindən yüksək sürətlə hərəkət edərkən xarakterik partlayış səsi yaratmır. NASA ümid edir ki, yeni təyyarənin sınaqları 50 il əvvəl tətbiq edilən, ABŞ və bəzi digər ölkələrdə qüvvədə olan səsdən sürətli kommersiya təyyarələrinin quru üzərində uçuşlarına qoyulan qadağanın aradan qaldırılmasına imkan verəcək.

Tərtibatçılar qeyd edirlər ki, X-59 prototip deyil, eksperimental təyyarədir və ondan istifadə gələcəkdə səsdən sürətli sərnişin təyyarələrinin hazırlanması üçün məlumatların toplanmasına imkan verəcək.

Təyyarənin uzunluğu təxminən 30 metr, qanadlarının genişliyi təxminən 9 metrdir və sürəti 1488 km/saata çata bilir ki, bu da səs sürətindən yüksəkdir.

Mənbə: Haberler.com

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki