image-n1karobka_ads
image-123
image-anar-eliyev-nazirbackend

Nazir Anar Əliyev Kürdəmir və Hacıqabul sakinlərini dinləyəcək

image-ad_qayo_720x110px

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev dekabrın 19-da Kürdəmir rayonunda Kürdəmir və Hacıqabul sakinlərinin müraciətlərini dinləyəcək.

Doğru.az xəbər verir ki, həmin gün Nazirliyin səlahiyyət dairəsinə aid müraciətlər cavablandırılacaq, məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, vətəndaşlar dekabrın 9–11-də nazirliyə rəsmi şəkildə (info@sosial.gov.az elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək, yaxud “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Qəbul günü vətəndaşlar əvvəlcədən tərtib olunmuş siyahı əsasında qəbul ediləcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki