image-ads_n1karobka_mobile
image-1717761805-03backend

Nazir Anar Əliyevin İmişlidəki vətəndaş qəbulu təxirə salınıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin İmişli rayonunda noyabrın 28-də keçirilməsi planlaşdırılan vətəndaş qəbulu vaxtı dəyişdirilib.

Doğru.az xəbər verir ki, bu barədə məlumat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi tərəfindən verilib.

Qəbula yazılmış vətəndaşlara görüşün yeni tarixi barədə əlavə məlumat təqdim olunacaq.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki