image-n1karobka_ads
image-123
image-17659717446000512367_1200x630backend

Nazir vətəndaşların müraciətlərini dinlədi – FOTO

image-ad_qayo_720x110px

Energetika naziri Pərviz Şahbazov Bakı şəhəri, Qusar və İmişli rayonlarından olan vətəndaşlarla görüşüb.

Doğru.az xəbər verir ki, görüş zamanı qaz xəttinin yerinin dəyişdirilməsi, enerji sərfiyyatı üzrə borclar, elektrik enerjisinin keyfiyyəti, elektrik təsərrüfatının yenilənməsi, elektrik və qaz sayğaclarının quraşdırılması, elektrik xəttinin mühafizə zolağı və işlə təminat məsələləri müzakirə olunub. Qaldırılan problemlərin qanunvericiliyə uyğun həlli üçün aidiyyəti struktur bölmələrə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, Energetika Nazirliyi vətəndaş müraciətlərinə baxılmasını səmərəli təşkili üçün rəhbər vəzifəli şəxslərin qəbul qrafikini rəsmi internet saytında yerləşdirib.

DOĞRU.AZ

image-17659717445336752089_1200x630 image-17659717441985857898_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki