image-ads_n1karobka_mobile
image-download_-22backend

Naziri Pərviz Şahbazov dekabrın 19-da Zərdabda vətəndaşlarla görüşəcək

image-add-a-heading

Energetika naziri Pərviz Şahbazov dekabrın 19-da Zərdab, Ucar, Kürdəmir, Ağdaş, Bərdə və Ağcabədi rayonlarından olan vətəndaşlarla görüş keçirəcək.

Doğru.az xəbər verir ki, görüş saat 11:00-da Zərdab rayon Heydər Əliyev Mərkəzində (ünvan: AZ6300, Zərdab şəhəri, Heydər Əliyev prospekti) başlayacaq.

Görüşə gəlmək istəyən vətəndaşlar Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”, 598-16-53/54 telefon nömrələri, minenergy@minenergy.gov.az elektron poçtu və ya Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Kürdəmir, Mingəçevir və İmişli filialları vasitəsilə qeydiyyatdan keçə bilərlər. Həmçinin nazirliyin www.minenergy.gov.az internet səhifəsindəki “Qəbula yazılmaq“ bölməsi ilə də müraciət mümkündür.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki