İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Co Baydenin administrasiyasına deyib ki, o, İranın neft və ya nüvə obyektlərinə deyil, hərbi obyektlərinə zərbələr endirməyə hazırdır.
The Washington Post-un qeyd etdiyi kimi, Vaşinqtonda bu siqnal “təmkin nümayişi” kimi qəbul edilir.
Bloomberg daha əvvəl yazmışdı ki, İsrail hakimiyyəti İrana cavab zərbəsi endirmək barədə qərar verə bilmir.
İran da öz növbəsində ABŞ-a bildirib ki, müəyyən hədəfləri vuracağı təqdirdə İsrailə cavab verməyəcək.
Mənbə WP