image-2000x150px
image-123
image-ads_atlas
“O torpaqlarda oxuyub-oynamağa ürəyim gəlməz”backend

“O torpaqlarda oxuyub-oynamağa ürəyim gəlməz”

image-728x90px

“Uzun müddətdir efirə çıxmıram, heç bu haqda düşünmürəm də. İstəmirəm”.

Doğru.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli İnstaqramda canlı yayımda deyib. Müğənni izləyicilərinin suallarını cavablandırıb.
N.Ələsgərli işğaldan azad olunmuş torpaqlarımızda konsert verməyi planlaşdıran sənətçilərə söz atıb:
“İşğaldan azad edilən torpaqlarımızı ziyarət etmək istəyirəm, edəcəm də. Amma o torpaqlarda oxuya bilmərəm. Mənim ürəyim gəlməz orada konsert vermək. Oranın hər qarışında bizim gənclərimizin ruhu var. Adamın orada çalış-oynamağa ürəyi dözməz. Mən edə bilmərəm. Yəqin cavanlar edər. Cavanlarımız gedər, oxuyub-oynayarlar, kef edərlər. Amma məncə, bizim nəsil etməz, o qədər ürəkaçıqlığı ilə getməz”.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki