image-n1karobka_ads
image-123
image-17206101576537934891_1200x630backend

Ölkə ərazisində 98 min 863 ədəd yeni nəsil NKA quraşdırılıb

image-ad_qayo_720x110px

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

Dövlət Vergi Xidmətindən Doğru.az-a bildirilib ki, indiyədək ölkə ərazisində 98 min 863 ədəd yeni nəsil NKA quraşdırılıb.

Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

Bu ilin yanvar-iyun ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 11 milyard 377,8 milyon manatdan artıq olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,9 faiz və ya 1 milyard manat çoxdur.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki