image-n1karobka_ads
image-123
image-68f1880c02e8bd3dde6af920backend

Orban: “Avropa Rusiya ilə danışıqlara başlamalıdır”

image-ad_qayo_720x110px

Macarıstanın baş naziri Viktor Orban bir daha bəyan edib ki, Avropa liderləri münaqişəni dərinləşdirmək əvəzinə Rusiya ilə dialoqa üstünlük verməlidirlər.

Doğru.az xəbər verir ki, siyasətçi sosial şəbəkədə paylaşım edərək yazıb: “Avropa öz mövqeyini dəyişməlidir. Təkəbbür və sonsuz müharibənin alovunu yandırmaq əvəzinə Rusiya ilə danışıqlara ehtiyacımız var.”

Orbanın fikrincə, sülh səbir, güc və təvazökarlıq tələb edir və yalnız dialoq vasitəsilə qitəyə gətirilə bilər.

Qeyd edək ki, Macarıstan lideri bundan əvvəl də Avropanı Ukrayna məsələsində Rusiya ilə danışıqlara çağırıb və bildirib ki, Avropa İttifaqının mövcud siyasəti Ukraynada sülhün bərqərar olmasına imkan vermir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki