image-2000x150px
image-123
image-ads_atlas
image-1096435backend

Park Cinema-da “Toy Tələsi” – VİDEO

image-728x90px

“Toy Tələsi” filminin qala gecəsi yanvarın 5-də baş tutacaq. Təqdimat Park Cinema-nın “Flame Towers” filialında keçiriləcək.

Filmin ssenari müəllifi Yeganə Kərimzadə, quruluşçu rejissoru və layihə rəhbəri tanınmış kinorejissor Faiq Nağıyev, prodüsseri Gülnarə Məmmədova, rejissoru Xəyalə Meydanova, mətbuat katibi Elnarə Dərziyevadır.

Toy Tələsi” filmi rəsmi dövlət reyestrindən keçib. Azərbaycan film fonduna tragikomediya kimi daxil edilib.

Qeyd edək ki, “Toy tələsi”nin qala gecəsi yanvar ayının 5-də saat 19:00-da Park Cinema “Flame Towers” filialında gerçəkləşəcək.Təqdimatda gənc müğənni Rəvan canlı ifası ilə sizlərin qarşısında çıxış edəcək.

Təqdimat gecəsinə biletləri əldə etmək üçün www.parkcinema.az saytına keçid edə bilərsiniz.

Xatırladaq ki, komediyasevərlər tammetrajli, 90 dəqiqəlik “Toy Tələsi” bədii filmini yanvarın 5-dən etibarən Park Cinema kinoteatrlar şəbəkəsinin bütün kinoteatrlarında izləyə biləcəksiz.

 

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki