image-ads_n1karobka_mobile
image-nocomment_6522eb0402af2a86df485486cad96c52_gj1qivymbkzrp2s04w7n-640x336backend

Paşinyan həyəcan təbili çaldı: “Azərbaycanla müharibə…”

image-add-a-heading

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə keçiriləcək seçkilər ərəfəsində xalqa müraciət edərək Robert Koçaryan, Samvel Karapetyan və Qagik Çarukyanın rəhbərlik etdiyi qüvvələri kəskin ittiham edib. O, bu siyasi rəqiblərinin fəaliyyətinin birbaşa Azərbaycanla yeni müharibəyə yol açdığını bəyan edib.

NOCOMMENT.az xəbər verir ki, Baş nazir bu qüvvələrin Bakı ilə əldə olunmuş sülh prosesini yenidən nəzərdən keçirmək istədiklərini bildirib: “Aydın şəkildə qeyd olunub ki, Karapetyan, Koçaryan və Çarukyanın rəhbərlik etdiyi qüvvələr Ermənistanla Azərbaycan arasında bərqərar olmuş sülhü pozmağa çalışırlar. Bu, ‘müharibə qapısını açmaq’ deməkdir və biz buna imkan verə bilmərik”.

Paşinyan qeyd edib ki, müxalifətin “güc yolu ilə sülhə məcbur etmə” bəyanatları Ermənistanın təhlükəsizliyi üçün taleyüklü təhdid yaradır. O, həmçinin bu qüvvələrin bölgəyə yenidən xarici sülhməramlıları cəlb etmək planlarının olduğunu, lakin bunun əvvəllər hansı fəlakətli nəticələrə səbəb olduğunun hər kəsə bəlli olduğunu xatırladıb. Baş nazirin sözlərinə görə, əldə olunmuş sülh konstruksiyasının dağılması regionu yenidən qanlı toqquşmalara sürükləyə bilər.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki