image-2000x150px
image-1637555342_1637554892_manattbackend

Pensiyaya çıxmaq istəyənlərin NƏZƏRİNƏ – Məbləğ artdı – VİDEO

image-728x90px

Azərbaycanda hər il minimum pensiya artır və bu artıma uyğun olaraq pensiya kapitalı üçün nəzərdə tutulan məbləğ də artır. Çünki minimun pensiya kapitalı 144 aylıq minimum pensiya məbləğinə bərabərdir. Milli Məclisin büdcə müzakirələrində pensiya kapitalı ilə bağlı təkliflər verilib.

Mövcud qanunvericiliyə əsasən, Azərbaycanda orta pensiya müddəti 12 il nəzərdə tutulur. Vətəndaşın pensiya kapitalı da hesablanarkən məhz 12 il müddəti əsas meyar kimi götürülür.

Pensiyaların verilməsi aylıq hesabıyla ifadə olunduğu üçün 12 il müddəti 12 aya vurulur və orta pensiya müddəti 144 ay qəbul edilir. Bu hesabla minimum pensiya 200 manat olduqda pensiya kapitalı da 28 min 800 manata bərabər olur. Vətəndaş 28 min 800 manat pensiya kapitalı yığdıqdan sonra minimum pensiya almaq hüququna malik olur. Hər il minimum pensiyanın artımı fonunda bu alqoritmə əsasən pensiya kapitalı üçün nəzərdə tutulan məbləğ də artır.

Millət vəkili Vüqar Bayramov “Xəzər Xəbər”ə deyib ki, vətəndaşdan tələb olunan minimum pensiya kapitalı məbləğinin hər il daha da yüksəlməməsi üçün təkliflər hazırlanıb. Deputatın sözlərinə görə, etdikləri bu təkliflə bağlı bir çox ölkələrdə mexanizmlər də mövcuddur. Bu təklif qəbul olunacağı təqdirdə, vətəndaş pensiya yaşına çatana qədər nə qədər pensiya kapitalı yığmalı olduğunu əvvəlcədən biləcək.

Qeyd edək ki, növbəti il üçün minimum pensiya məbləğinin 240 manata qaldırılması planlaşdırılır. Bu da o deməkdir ki, pensiya kapitalına tələb 34 min 560 manat olacaq ki, bu da 5760 manat artıq vəsait toplamaq deməkdir. Mövcud qanunvericilik dəyişməsə, minimum pensiya məbləği artdıqca pensiya kapitalına tələb də artacaq.

DOĞRU.AZ

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki