image-n1karobka_ads
image-123
image-17609480645388721019_1200x630backend

Piyadalar yol qəzalarının əsas qurbanlarıdır – BDYPİ xəbərdarlıq edir

image-ad_qayo_720x110px

Cari ilin 9 ayı ərzində piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri respublika üzrə ümumi yol qəzalarının 39,1 faizini, Bakı şəhəri üzrə isə 59,6 faizini təşkil edib.

Doğru.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) piyadalara növbəti müraciətində məlumat verib. Qurum bildirib ki, bu yüksək göstəricilərin formalaşmasında piyadaların məsuliyyətsizliyi mühüm rol oynayır.

BDYPİ xatırladıb ki, piyadaların əsasən piyada keçidlərinin yaxınlığında vurulması şəxsi məsuliyyət məsələsinin aktuallığını bir daha gündəmə gətirir.

İdarə piyadalara müraciət edərək onlardan yolun nəzərdə tutulmuş yerlərindən keçmələrini, qaranlıq vaxtda xüsusilə ehtiyatlı olmalarını, mobil telefon və qulaqcıqdan istifadə etməmələrini və qəflətən avtomobil yoluna çıxmamalarını xahiş edib.

“Əziz piyadalar, unutmayın, sizin həyat və sağlamlığınız özünüz, doğmalarınız və cəmiyyətimiz üçün çox dəyərlidir,” – deyə müraciətdə vurğulanıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki