image-ads_n1karobka_mobile
image-placebo_credit_musikblog-8backend

Plasebo Qazaxıstandakı çıxışını və Gürcüstandakı konsertini ləğv edib

Britaniyanın “Placebo” rok qrupu sentyabrın 8-də Almatıdakı “Park Live” festivalında çıxışını və sentyabrın 12-də Tiflisdəki növbəti konsertini ləğv edib.

Doğru.az xəbər verir ki, bu barədə qrup sosial şəbəkələrdə yazıb.

Sənətçilər qeyd ediblər ki, “baş verənlərin təşkilatçıların peşəkarlığı ilə bağlı olmayan dolayı səbəbləri” var.

Bundan əvvəl Vyanada amerikalı müğənni Teylor Sviftin üç konserti terror aktları təhlükəsi səbəbindən ləğv edilmişdi.

İyul ayında aktyor və komediya ustası Cek Blek özünün Tenacious D qrupunun turnesini bir üzvün ABŞ-ın keçmiş prezidenti Donald Trampa sui-qəsd cəhdi ilə bağlı zarafatına görə ləğv etmişdi.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki