Noyabrın 29-30-da ölkə ərazisində qeydə alınan 74, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Doğru.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 141 nəfər saxlanılıb. Onlardan 112-si borclu şəxs qismində, 10-u ailə üzvlərini məlumatlandırmadan ünvanını tərk etdiyinə görə itkin düşmüş kimi axtarılanlar, 17-si isə dələduzluğa görə axtarışda olanlardır. Həmin şəxslər istintaqa təhvil verilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə noyabrın 5-də ümumi çəkisi 14 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Həmçinin narkotiklərlə əlaqədar 18, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması ilə bağlı isə 11 fakt müəyyən edilib.
Respublikanın müxtəlif rayonlarında və işğaldan azad olunan ərazilərdə 5 avtomat, 1 tapança, 5 tüfəng, 6 patron darağı və 129 ədəd müxtəlif çaplı patron aşkarlanaraq götürülüb.
Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.
DOĞRU.AZ




























