image-n1karobka_ads
image-123
image-1722006529_emeliyyatbackend

Polis sentyabrın 30-da 79 cinayəti açıb

image-ad_qayo_720x110px

Sentyabrın 30-da ölkə ərazisində 77, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis tərəfindən təmin edilib.

Doğru.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, axtarışda olan ümumilikdə 68 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Cinayət və inzibati pozuntularla bağlı digər göstəricilər belədir:

Narkotiklərlə əlaqədar 22 fakt,

Qanunsuz saxlanılan silah-sursatla bağlı 40 fakt,

Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb,

Ailə üzvlərini məlumatlandırmadan ünvanını tərk edən 12 nəfər tapılıb,

Dələduzluqla bağlı axtarışda olan 11 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki