image-n1karobka_ads
image-123
image-1725097590_pobackend

Prezident İlham Əliyev: Azərbaycan-Malayziya əməkdaşlığının genişlənməsi məmnunluq doğurur

image-ad_qayo_720x110px

Xoş ənənələr üzərində qurulan Azərbaycan-Malayziya dövlətlərarası əlaqələrinin, qarşılıqlı inam və dəstəyə əsaslanan əməkdaşlığının inkişafı və genişlənməsi məmnunluq doğurur.

AZƏRTAC xəbər verir ki, bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin Malayziyanın Kralı Sultan İbrahimə bu ölkənin milli bayramı – Müstəqillik Günü münasibətilə ünvanlandığı məktubda yer alıb.

Dövlətimizin başçısı İlham Əliyev məktubunda Kral Sultan İbrahimi və Malayziya xalqını öz adından və Azərbaycan xalqı adından təbrik edərək bildirib: “Əminəm ki, xalqlarımızın iradəsinə uyğun olaraq ölkələrimiz arasında dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız birgə səylərimizlə bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək və daha da möhkəmlənəcəkdir”.

Azərbaycan Prezidenti əlamətdar gün münasibətilə Malayziyanın Kralı Sultan İbrahimə cansağlığı, xoşbəxtlik, işlərində müvəffəqiyyətlər, dost Malayziya xalqına daim rifah və firavanlıq diləyib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki