image-n1karobka_ads
image-123
image-1752942057374737329_1200x630backend

Prezident İlham Əliyev Media Forumunda Rusiya ilə Avropa İttifaqı arasında yaranmış təbii qaz böhranına münasibət bildirib

image-ad_qayo_720x110px

Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə Rusiya ilə Avropa İttifaqı arasında yaranmış təbii qaz böhranı ilə bağlı fikirlərini bölüşüb.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı qeyd edib: “Onlar (Avropa İttifaqı – red.) Rusiya qazından imtina etmək niyyətindədir. Biz bunu heç vaxt nəzərə almamışıq. Biz heç bir halda Rusiya ilə rəqabət aparmağa çalışmamışıq. Hətta Rusiya Avropaya 150 milyard kubmetr qaz nəql etdiyi dövrdə belə. Biz heç vaxt öz xidmətlərimizi Rusiyanın qaz təchizatına bir alternativ kimi təklif etməmişik. Biz sırf kommersiya maraqları əsasında fəaliyyət göstəririk. Bizim enerji siyasətimiz biznes məqsədli olub. Biz bunu heç vaxt siyasiləşdirməmişik, heç bir zaman qazın həcmini azaltmamışıq”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki