image-n1karobka_ads
image-123
image-17531059453513820915_1200x630backend

Prezident İlham Əliyev media nümayəndələrini mükafatlandırıb SƏRƏNCAM

image-ad_qayo_720x110px

Prezident İlham Əliyev Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə media nümayəndələrini təltif edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanda milli mətbuatın inkişafında xidmətlərinə görə 26 nəfər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə, bir nəfər 1-ci dərəcəli “Əmək” ordeni ilə, on nəfər 3-cü dərəcəli “Əmək” ordeni ilə, 137 nəfər “Tərəqqi” medalı ilə təltif edilib.

Azərbaycanda milli mətbuatın inkişafında xüsusi xidmətlərinə görə 26 nəfər “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

Bundan başqa, Azərbaycanda milli mətbuatın inkişafı sahəsində xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə üç nəfərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki