image-n1karobka_ads
image-123
image-17616359594737138928_1200x630backend

Prezident İlham Əliyev milli bayram münasibətilə Çexiya Prezidentini təbrik edib

image-ad_qayo_720x110px

Prezident İlham Əliyev Çex Respublikasının milli bayramı münasibətilə bu ölkənin Prezidenti Petr Paveli və Çexiya xalqını təbrik edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı təbrik məktubunda qeyd edib: “İnanıram ki, xalqlarımızın rifahı naminə Azərbaycan-Çexiya dövlətlərarası əlaqələrinin möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik”.

Prezident İlham Əliyev Petr Pavelə ən xoş arzularını çatdırıb, Çexiya xalqına daim əmin-amanlıq və firavanlıq diləyib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki