image-n1karobka_ads
image-123
image-azyucqgamypkvzrqs9neok2bqsrm9tqg8sc99qkx_1200backend

Prezident İlham Əliyev Pakistan parlament nümayəndə heyətini qəbul etdi – FOTO

İyulun 7-də Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə rəsmi səfərdə olan Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüş zamanı dövlət başçısı iki ölkə arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu vurğulayıb. Prezident bildirib ki, Azərbaycanla Pakistanı qardaşlıq, qarşılıqlı dəstək və sarsılmaz həmrəylik birləşdirir.

Doğru.az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev yaxın günlərdə Xankəndidə keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü çərçivəsində Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şəriflə keçirdiyi görüşü məmnunluqla xatırladıb. Dövlət başçısı həmçinin Pakistan Baş nazirinin may ayında Laçına etdiyi səfəri və Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə iştirakını da xüsusi qeyd edib.

Prezident iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsində parlamentlərarası əlaqələrin mühüm rol oynadığını diqqətə çatdırıb. O, beynəlxalq parlament təşkilatlarında qarşılıqlı dəstəyin də sevindirici olduğunu bildirib.

Sərdar Ayaz Sadiq isə qəbul üçün təşəkkürünü ifadə edərək, ölkəmizdə olmaqdan və Prezident İlham Əliyevlə görüşməkdən məmnun olduğunu deyib. O qeyd edib ki, nümayəndə heyətində həm iqtidar, həm də müxalifət partiyalarının üzvləri təmsil olunur və bu, Pakistan parlamentində Azərbaycana qarşı vahid və həmrəy mövqenin olduğunu göstərir.

Qonaq Xankəndidə keçirilmiş Zirvə görüşünün uğurlu təşkilini təqdir edərək, Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq və bərpa işlərini yüksək qiymətləndirib.

Görüş zamanı Azərbaycan və Pakistan arasında parlamentlərarası əməkdaşlığın dərinləşdirilməsi, eləcə də iqtisadiyyat, nəqliyyat, enerji, investisiya, turizm və digər sahələrdə gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

DOĞRU.AZ

image-bj1iiwbxpwjjm8rmg1reydd05gmd91qyue7y8vzq_640 image-wnmdd900khaa8i8wy8e1afjgme4oabc9mppxlhuk_640 image-gdqthsy9jupnwwgukp5ys62r7cwnlzce7nfltusz_640 image-ringzumkq6b68wjn7di84b2ao5v4uvc5sjxbnt1u_640 image-pn8cycr201dv8h8wddkr9tncusmsfxlociez7zva_640

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki