image-n1karobka_ads
image-123
image-17568628242716961572_1200x630backend

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pekində keçirilən paradda iştirak ediblər

image-ad_qayo_720x110px

Sentyabrın 3-də Çinin paytaxtı Pekində yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümünə həsr olunmuş parad keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paradı izləmək üçün Çinin paytaxtı Pekindəki Tiananmen Meydanına gəliblər.

Çin Xalq Respublikasının Sədri Si Cinpin və birinci xanım Pen Liyuan Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı qarşılayıblar.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki