İyulun 10-da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Əbu-Dabidə ikitərəfli görüş keçirəcəklər.
Doğru.az xəbər verir ki, bu görüş Ermənistan və Azərbaycan arasında sülh prosesi çərçivəsində baş tutacaq.
Ermənistan hökumətinin məlumatına görə, Paşinyan artıq BƏƏ-yə işgüzar səfərə gedib və iyulun 9-da BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla görüşəcək.
Qeyd edək ki, Ermənistan Xarici İşlər Nazirliyi daha əvvəl Azərbaycanla sülh sazişinin imzalanma yeri və tarixinin müzakirəsinə hazır olduğunu bəyan etmişdi.
DOĞRU.AZ