İyulun 24-də Prezident İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevi telefonla ad günü münasibətilə təbrik edib.
AZƏRTAC xəbər verir ki, dövlət başçısı həmkarına cansağlığı və fəaliyyətində yeni uğurlar arzulayıb. Şavkat Mirziyoyev isə göstərilən diqqətə və səmimi təbrikə görə minnətdarlığını bildirib.
Telefon danışığı zamanı liderlər Azərbaycan ilə Özbəkistan arasında dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərinin yüksək səviyyəsindən məmnunluq ifadə ediblər. Onlar iyulun əvvəlində Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri çərçivəsində aparılan səmərəli müzakirələri, imzalanan sənədləri və həmçinin onun Xankəndidə keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında iştirakını xüsusi qeyd ediblər.
Sonda tərəflər iki ölkə arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf edəcəyinə əminliklərini ifadə ediblər və əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
DOĞRU.AZ