image-n1karobka_ads
image-123
image-1756275825178778637_1200x630backend

Prezident: “Vaşinqtonda paraflanmış sənəd münaqişənin sonudur”

image-ad_qayo_720x110px

Avqustun 8-də Vaşinqtonda paraflanmış sənəd Ermənistan–Azərbaycan münasibətlərinin dövlətlərarası çərçivədə necə qurulmalı olduğu barədə Azərbaycanın baxışına əsaslanır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “Əl-Ərəbiyyə” kanalına müsahibəsində söyləyib.

Sülh sazişinin layihəsi üzrə danışıqlar bir neçə il davam etdiyini, nəhayət Vaşinqtonda Prezident Trampın və onun komandasının böyük dəstəyi ilə başa çatdığını söyləyən dövlətimizin başçısı vurğulayıb: “Mən hesab edirəm ki, bu, münaqişənin, müharibənin sonudur”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki