image-n1karobka_ads
image-123
image-fb_img_1747315997325backend

Qan Donorluğu Mərkəzi Valeh Arifoğlunu fəxri üzv seçdi – FOTO

Azərbaycan cəmiyyətində foto sənəti ilə tanınan, Beynəlxalq Foto Sənəti Federasiyası (FIAP) və Azərbaycan Fotoqrafları Birliyinin (AFB) üzvü Valeh Arifoğlu Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin İdarə Heyətinə Fəxri üzv seçilib.

Bu qərar Mərkəzin İdarə Heyətinin iclasında qəbul olunub. Bildirilib ki, Valeh Arifoğlunun cəmiyyətdəki nüfuzu, foto sənətinə verdiyi töhfələr və sosial mövzulara həssas yanaşması onun bu ada layiq görülməsində əsas rol oynayıb.

İdarə Heyətinin sədri Fuad Rəsul bildirib:

“Valeh Arifoğlu özünəməxsus dəst-xətti, sosial mesajlarla zəngin fotoları və cəmiyyətlə quran emosional əlaqəsi ilə seçilir. Onun fotoları tez-tez sosial mediada və ictimai müzakirələrdə diqqət çəkir. İnanırıq ki, Valeh bəyin dəstəyi ilə maarifləndirmə və sosial layihələrdə daha uğurlu nəticələr əldə edəcəyik.”

Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi əmindir ki, Valeh Arifoğlunun fəxri üzv statusu həm foto sənətinin, həm də donorluq mədəniyyətinin inkişafına mühüm töhfə verəcək.

DOĞRU.AZ

image-screenshot_20250515_172432_gallery

image-img-20250515-wa0056

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki