UEFA Çempionlar Liqasının əsas mərhələsinin sonuncu – VIII turunda “Qarabağ” bu gecə növbəti oyununa çıxacaq.
Doğru.az xəbər verir ki, Azərbaycan təmsilçisi İngiltərənin “Liverpul” klubu ilə qarşılaşacaq. Matç “Enfield Road” stadionunda Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Görüşü slovakiyalı FIFA referisi İvan Krujlyak idarə edəcək. Ona Branislav Hançko və Yan Pozor kömək edəcəklər. Dördüncü hakim Peter Kraloviç olacaq. VAR-da niderlandlı Pol van Boekel, AVAR-da isə belçikalı Yan Boterberq yer alacaq.
Qeyd edək ki, “Qarabağ” əsas mərhələdə keçirdiyi yeddi oyunda 3 qələbə, 1 heç-heçə və 3 məğlubiyyətlə 10 xal toplayıb və turnir cədvəlində 18-ci pillədə qərarlaşıb.
29 yanvar
UEFA Çempionlar Liqası
VIII tur
Saat 00:00, “Liverpul” –
DOĞRU.AZ




























