image-2000x150px
image-123
image-ads_atlas
image-resad-nebiyevbackend

Qarabağda 1 500 kilometrə yaxın yeni yollar salınacaq

image-728x90px

“Bundan sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 1 441,7 km uzunluğunda yollar salınacaq”.

“Report” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən “Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə” adlı elmi-praktiki konfransda deyib.

“Bu yollar qarşıdakı 20 ildə istifadəyə veriləcək və onlar nəinki indi, hətta 2041-ci ildə cəmi 61 % yüklənəcək. Halbuki dünyada bu rəqəm 85 % civarındadır. Bu, bir daha dövlətimizin işğaldan azad edilmiş ərazilərə olan diqqət və qayğısını göstərir. Hazırda sözügedən istiqamətdə xüsusi konsepsiya hazırlanır. 101 km uzunluqda Zəfər Yolu artıq istifadəyə verilib və ümumi uzunluğu 1 441,7 kilometr təşkil edən digər 15 yol layihəsi də ardıcıl olaraq tamamlanacaq”, – deyə o qeyd edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki