image-2000x150px
image-123
image-ads_atlas
image-1716639397846161791_1200x630backend

Qarabağda bir başlanğıc daha: “Kapital Bank”ın “Xankəndi” filialı açılıb

image-728x90px

Ölkənin birinci bankı “Kapital Bank” Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyətini genişləndirməyə davam edir.

Belə ki, “Zəngilan” və “Laçın” filiallarının ardından bankın “Xankəndi” filialının açılışı baş tutub. Açılışda “Kapital Bank”ın İdarə Heyətinin sədri, baş icraçı direktor Fərid Hüseynov, “Xankəndi” şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi”nin Əmlak idarə edilməsi şöbəsinin rəsmi nümayəndələri, Xankəndi sakinləri və bankın nümayəndələri iştirak ediblər.

Açılışda çıxış edən Fərid Hüseynov bildirib ki, Böyük Qayıdışın dəstəkçilərindən biri olan, ölkənin birinci bankı kimi Xankəndidə fəaliyyətə başlamaq bizim üçün çox dəyərlidir. Bankımızın əsas məqsədlərindən biri də harada olmasından asılı olmayaraq, müştərilərimizə keyfiyyətli xidmət göstərməkdir. Bu, qiymətli, sözün əsl mənasında, dəyərli torpaqlarımızda öz yurdlarına qayıdan insanlara xidmət göstərmək bizim üçün daha böyük məsuliyyət və qürurdur.

Yeni konsepsiya əsasında təqdim edilən “Xankəndi” filialı həftəiçi 5 gün saat 9:00-dan 18:00-dək müştərilərə ən yüksək səviyyədə xidmət göstərəcək. Filial bunun üçün bütün zəruri şəraitə və imkanlara malikdir. Burada Xankəndi sakinlərinə əmanətlər, plastik kartlar, müxtəlif növ kreditlər və digər məhsullar, hesablaşma-kassa əməliyyatları, valyuta mübadiləsi kimi əməliyyatlar da daxil olmaqla bütün növ bank xidmətləri təklif olunur.

Ölkədə ən böyük filial şəbəkəsinə malik bankın filiallarının sayı “Xankəndi” filialının açılışının ardından 120-yə çatıb. Tezliklə bankın Cəbrayıl şəhərində də filialının açılması planlaşdırılır.

Ölkənin birinci bankı olan “Kapital Bank” “PAŞA Holding”ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, “Birbank” kartı sifarişi üçün — https://kbl.az/prcrc.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki