Qərb ölkələrinin gizli şəkildə Rusiya infrastrukturuna kiberhücumlara hazırlaşdığı iddia olunur.
Doğru.az xəbər verir ki, bu barədə “Die Welt” qəzeti haker mənbələrinə istinadən məlumat yayıb.
Məqalədə qeyd olunur ki, Qərb hökumətləri artıq yalnız müdafiə ilə kifayətlənmir, eyni zamanda hücum xarakterli əməliyyatlara da əl atırlar. Bildirilir ki, bu hücumlar çərçivəsində Rusiyadakı kompüterlərin gizli şəkildə viruslarla yoluxdurulması kimi üsullardan istifadə edilir.
Xatırladılır ki, daha əvvəl “Politico” nəşri Avropa İttifaqının hibrid müharibə kontekstində Rusiyaya qarşı mümkün zərbələri müzakirə etdiyini yazmışdı.
Bununla yanaşı, RTM Group şirkəti hakerlərin Rusiya şirkətlərinə həssas proqram təminatı vasitəsilə hücum etməyi öyrəndiyini açıqlayıb.
DOĞRU.AZ




























