image-2000x150px
image-123
image-ads_atlas
image-1412218backend

Qiyməti 6000 min manat olan inək sığortalana biləcək

image-728x90px

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə fermerlər südlük inəkləri sığortalaya bilərlər.

Doğru.az-a Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, inəklər iki sığorta zərfi vasitəsilə sığortalana bilər.

Əsas riskləri əhatə edən birinci sığorta zərfi üzrə sığorta tarifi 6,1 faiz, genişləndirilmiş riskləri əhatə edən ikinci sığorta zərfi üzrə sığorta tarifi 9,5 faiz təşkil edir.

Sığorta ödənişləri inəklərin ölümü və məcburi kəsimə verilməsi hallarında edilir.

Fermerlər hesablanmış sığorta haqqının yalnız yarısını ödəyirlər. Sığorta haqqınının qalan hissəsini fermerlərə dəstək üçün dövlət ödəyir.

Müxtəlif qiymətə olan inəklərin sığortalanması üçün fermerin ödədiyi məbləğ aşağıdakı kimidir:

Qeyd edək ki, artıq südlük inəklərin sığortalanması üzrə ilk sığorta ödənişi həyata keçirilib. Yaxın vaxtlarda bu sığorta növü üzrə növbəti ödənişlər həyata keçiriləcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki