image-2000x150px
image-123
image-ads_atlas
image-375442797_1032836431189305_551336137357878471_nbackend

Qubad İbadoğlunun həbs müddəti uzadıldı

image-728x90px

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu barəsində seçilmiş qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət edilib.

Bu barədə “Qafqazinfo”ya onun vəkili Zibeydə Sadıqova məlumat verib.

Vəkil deyib ki, Nərimanov Rayon Məhkəməsində keçirilən iclasda təqdimata etiraz edib. Prokuror və müstəntiq isə həbs qətimkan tədbirinin davamının zəruri olduğunu bildiriblər.

Qərara əsasən, Q.İbadoğlunun həbsdə saxlanma müddəti daha üç ay uzadılıb.

Qeyd edək ki, Qubad İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki