image-n1karobka_ads
image-123
image-17651938476062244548_1200x630backend

Rayonlararası istiqamətlər üzrə qatar reyslərinin sayı artırılır

image-ad_qayo_720x110px

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə sərnişinlərin tələbatını təmin etmək üçün rayonlararası istiqamətlər üzrə əlavə qatar reysləri həyata keçirəcək.

Doğru.az xəbər verir ki, əlavə reyslər aşağıdakı marşrutlar üzrə planlaşdırılıb:

Bakı–Qəbələ–Bakı: 31 dekabr, 1, 2, 3 və 4 yanvar;

Bakı–Qazax–Bakı: 1, 2 və 4 yanvar;

Bakı–Ağstafa–Bakı: 30, 31 dekabr və 1, 2, 3, 4 yanvar;

Bakı–Ağdam–Bakı: 31 dekabr və 3 yanvar.

Əlavə reyslərlə yanaşı, sərnişinlər bu marşrutlar üzrə ənənəvi hərəkət cədvəli ilə də səfər edə bilərlər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki