İranın BƏƏ-də yerləşən Bərəkə Atom Elektrik Stansiyasına mümkün hücumu region üçün ciddi nəticələr vəd edir.
Doğru.az xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti məlumat yayıb. Nəşr bildirir ki, İran Fars körfəzi sahilində yerləşən strateji obyektlər, o cümlədən Bərəkə AES-i hədəf siyahısına daxil edib. Bu addımın region üçün uzunmüddətli və ağır təsirləri ola biləcəyi vurğulanır.
Məqalədə qeyd olunur ki, əsas risklərdən biri İranın zənginləşdirilmiş uran ehtiyatları ilə bağlıdır. Eyni zamanda, Tehran nüvə infrastrukturuna birbaşa zərbələr də daxil olmaqla müxtəlif ssenariləri nəzərdən keçirə bilər.
Ekspertlər hesab edir ki, belə bir hücum baş verərsə, radioaktiv çirklənmə təkcə BƏƏ ilə məhdudlaşmayacaq, həmçinin Səudiyyə Ərəbistanı, İraq və Küveyt ərazilərinə də yayıla bilər.
Qeyd edək ki, İran daha əvvəl İsrail ərazisinə və bölgədə yerləşən ABŞ hərbi bazalarına qarşı yeni zərbələr dalğası anons edib. Bundan əlavə, Ben Qurion hava limanı yaxınlığında yerləşən İsrailin aerokosmik sənaye obyektlərinə hücumlarla bağlı məlumatlar da yayılıb.
DOĞRU.AZ


























