image-n1karobka_ads
image-123
image-17654417732909861908_1200x630backend

Respublikada pambıq yığımı yekun mərhələyə çatır – FOTO

image-ad_qayo_720x110px

Respublika üzrə pambıq yığımı yekun mərhələyə qədəm qoyub.

Doğru.az xəbər verir ki, dekabrın 11-dək əkin aparılmış 100 468,1 hektar sahədən 354 min 906 ton xam pambıq tədarük olunub. Kənd Təsərrüfatı Nazirliyinin operativ məlumatına görə, pambıq üzrə orta məhsuldarlıq 35,33 sentner/ha təşkil edir. Bu göstərici son 25 ilin ən yüksək nəticəsi hesab olunur.

Məlumata görə, 2025-ci təsərrüfat ilində respublikanın 16 rayonunda pambıq əkini həyata keçirilib. Əkinlərin 86 faizi pambıqçılıq üzrə ixtisaslaşmış 9 rayonun – Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar, İmişli, Neftçala, Saatlı, Sabirabad və Salyanın payına düşür. Ən çox pambıq Saatlı (12 634,1 ha), Ağcabədi (11 821,7 ha) və Sabirabad (11 086,2 ha) rayonlarında əkilib.

Hazırda ən yüksək məhsuldarlıq Beyləqan rayonunda qeydə alınıb – 41,23 sentner/ha. Dekabrın 11-dək bu rayonda 8 898,3 hektar sahədən 36 688,9 ton pambıq yığılıb. Orta məhsuldarlıq göstəricisinə görə növbəti yerləri Neftçala (39,65 sent/ha), Biləsuvar (39,49 sent/ha), Tərtər (37,50 sent/ha), Bərdə (35,90 sent/ha) və Saatlı (35,78 sent/ha) tutur.

Qeyd edək ki, ölkəmizdə pambıq əkinləri dövlət tərəfindən subsidiyalaşdırılır. Mövcud qaydalara əsasən, 2025-ci təsərrüfat ilində müasir suvarma sistemləri ilə təchiz olunmuş sahələrdə yetişdirilən pambığın hər tonuna görə fermerlərə 210 manat, ənənəvi suvarılan sahələrə görə isə 195 manat subsidiya veriləcək. Pambığa görə məhsul subsidiyası dekabrın 15-dək Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qəbzləri təsdiqlənmiş fermerlərə ödənilir.

Aqrar Subsidiya Şurası 2026-cı il üçün pambıq subsidiyalarının artırılması ilə bağlı qərar verib. Yeni qaydalara görə, müasir suvarma sistemli sahələrdə yetişdirilmiş pambığın hər tonuna 215 manat, ənənəvi üsulla suvarılan sahələrdəki məhsula isə 200 manat subsidiya ödənəcək.

Gələn il məhsul əmsalı 15 rayon və bir neçə kəndə şamil olunacaq, digər bölgələrdə əkilən pambığa isə subsidiya verilməyəcək.

Respublikada pambıq yığımı hazırda davam edir.

DOĞRU.AZ

image-1765441773730657970_1200x630 image-17654417731356857841_1200x630 image-1765441773158684106_1200x630 image-1765441773351779719_1200x630 image-17654417732545858590_1200x630 image-17654417731762627845_1200x630 image-1765441773144754747_1200x630 image-17654417734668622397_1200x630 image-17654417734447416292_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki