image-n1karobka_ads
image-123
image-16backend

Roma Papası bütün rəsmi görüşləri ləğv etdi

Vatikanda Roma Papası Fransisklə şənbə səhərinə planlaşdırılan bütün audiensiyalar ləğv edilib.

Bu barədə Müqəddəs Taxt-Tacın Mətbuat Xidmətinin rəhbəri Matteo Bruni məlumat verib.

Onun sözlərinə görə, buna səbəb pontifikin səhhətində yaranan problemlərdir.

Qeyd edilir ki, Roma Papası Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo ilə görüşməli idi.

Xatırladaq ki, Papa Fransisk dizində şiddətli ağrılardan əziyyət çəkir, buna görə, demək olar, yeriyə bilmir və əlil arabasından istifadə edir. Bugünkü audiensiyanın ləğvinə səbəb kimi pontifikin qripə yoluxması göstərilir.

Mənbə: TASS

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki