image-2000x150px
image-123
image-ads_atlas
image-2in1-2021new-pic_32ratio_900x600-900x600-71121backend

Ronaldo unikal nailiyyətlə Messiyə çatdı

image-728x90px

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo bütün karyerası ərzində vurduğu dublların sayını amerikalı “İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi ilə bərabərləşdirib.

O, bunu Səudiyyə Ərəbistanı çempionatının 17-ci turunun “Əl-İttihad”la səfər matçında dubl sayəsində bacarıb. Görüş “Əl-Nəsr”in 5:2 hesablı qələbəsi ilə yekunlaşıb. İndi Messi və Ronaldonun karyeralarında bərabər sayda dubl var – 157.

Bu dubl sayəsində Ronaldo 2023-cü ilin bombardiri yarışında birinci olub. 38 yaşlı futbolçu il ərzində vurduğu qolların sayını 53-ə çatdıraraq, hər ikisi 52 qol vuran Paris Saint-Germain-in fransız hücumçusu Kilian Mbappe və Bayern Munich-in ingilis hücumçusu Harri Keyni geridə qoyub.

Mənbə: NTV Spor

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki