image-2000x150px
image-123
image-ads_atlas
image-6664backend

Rövşən Nəcəfov məzunu olduğu məktəbin şagirdləri ilə görüşüb – FOTOLAR

image-728x90px

“Bir Gələcək” təşəbbüsü çərçivəsində növbəti görüş Gəncə şəhəri, K.D.Uşinski adına 29 nömrəli tam orta məktəbdə keçirilib.

Doğru.az xəbər verir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Bir Gələcək” təşəbbüsü çərçivəsində məktəb şagirdləri üçün növbəti görüş Rövşən Nəcəfovun iştirakı ilə məzunu olduğu Gəncə şəhəri, K.D.Uşinski adına 29 nömrəli tam orta məktəbdə baş tutdu.

“İctimai fəallığın artırılması ilə dəyişim əməkdaşlığı” layihəsi çərçivəsində keçirilən “Bir Gələcək” təşəbbüsünün məqsədi şagirdləri gələcək ixtisas seçimi və karyera planlaması mövzusunda maarifləndirmək, dövlət və özəl sektorda çalışan, peşəkar həyatda uğur qazanan şəxslərlə şagirdlərin görüşünü təşkil edərək fərdi inkişafa dəstək olmaqdır.

Hal-hazırda peşəkar fəaliyyətinə klinik psixoloq olaraq davam edən Rövşən Nəcəfov auditoriyaya təhsil aldığı illərdə qazandığı bilik və bacarıqlar barəsində danışıb, gələcək ixtisas və karyera seçimi ilə bağlı öz tövsiyələrini bölüşüb və şagirdləri maraqlandıran sualları cavablandırıb. Görüşün sonunda məktəb şagirdlərinə sertifikat təqdim olunub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki