image-2000x150px
image-123
image-ads_atlas
image-royaaaabackend

Röya Ayxan konsertlərini təxirə saldı

image-728x90px

Xalq artisti Röya Ayxan sentyabr ayına olan konsertlərini təxirə salıb.

Doğru.Az “teleqraf.com”-a xəbər verir ki, bu barədə məşhur müğənni İnstaqramda yaydığı açıqlamada bildirib.

Sənətçi sərhəddəki gərginlik və Azərbaycan ordusunun 50 şəhid verməsi ilə əlaqədar bu addımı atıb.

Röya Ayxan bildirib ki, sentyabrın 18-də İstanbul “Turkcell Vadi”, 22-23-24-25 sentyabr tarixlərində Bakı Konqres Mərkəzində planlaşdırılan konsertləri qeyri-müəyyən vaxtadək təxirə salınıb: “Hadisələri mən də izləyirəm, çox təsirlənmişəm. Balalarımız, oğullarımız şəhid oldu. Hər bir ananın acısı bizim də acımızdır. Məni də öz yanınızda bilin. Kədərinizi hiss edirəm. Mən bu məqamda İstanbul və Bakı konsertlərimi təxirə saldım. Belə məqamda mahnı oxuya, əylənə bilmərəm.

İstədim ki, bu qərarımdan xəbəriniz olsun. Xalqımın yanındayam, dərdinə şərikəm. Allah şəhidlərimizə rəhmət eləsin, yaralı əsgərlərimiz şəfa tapsın”.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki