Kirill Dmitriyev, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri və Rusiya prezidentiin Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə Xüsusi Nümayəndəsi olaraq bildirib ki, NATO müttəfiqləri Ukraynanı dəstəkləyir, lakin ABŞ-ı yox.
Doğru.az xəbər verir ki, Dmitriyev sosial media səhifəsində yazıb:
“NATO müttəfiqləri Ukraynanı dəstəkləyir, amma ABŞ-ı yox”.
O, bu açıqlama ilə NATO-nun ittifaq üzvlərinin Kiyevi dəstəkləməyə davam etməsi barədə yayılan məlumatlara münasibət bildirib.
Xatırladaq ki, bir müddət əvvəl Donald Tramp NATO ölkələrini Vaşinqtonun İrana qarşı hərbi əməliyyatını dəstəkləməmələrinə görə tənqid etmişdi.
Bundan əlavə, Financial Times-a verdiyi müsahibədə Tramp bildirib ki, ABŞ müttəfiqləri Hörmüz boğazının açılmasına kömək etməsələr, NATO “çox pis bir gələcəklə” üzləşəcək.
DOĞRU.AZ


























