Rusiya Səhiyyə Nazirliyi Convasel adlı yeni koronavirus peyvəndi üçün daimi qeydiyyat şəhadətnaməsi verib. RİA Novosti bu barədə Federal Tibbi və Bioloji Agentliyin (FMBA) mətbuat xidmətinə istinadən yazır.
Açıqlamada qeyd edilir ki, preparat klinik sınaqların üçüncü mərhələsindən uğurla keçib. Bu testlər zamanı dərmanın təhlükəsizliyi 0,5 ml dozada bir dəfə istifadə ilə sübut edilmişdir.
Eyni zamanda, bütün könüllülər arasında COVID-19-a qarşı peyvəndin effektivliyi 85,2% təşkil edib. Yaşı 60-dan yuxarı olan könüllülər arasında müvafiq göstərici 91,7%-ə çatıb.
Mənbə: RİA Novosti